Mübahisə etdiyi üç nəfəri 30 saniyədə yerə sərdi - VİDEO

07:20 22-06-2020 419

Türkiyənin paytaxtı Ankarada bir nəfər üç kişini 30 saniyədə zərərsizləşdirib.

Bununla bağlı DHA məlumat yayıb.

Bildirilib ki, 26 yaşlı kikboksçu Ümit Ö. yolda üç nəfərlə mübahisə edib. Ona hücum ediləcəyini görən idmançı təpik və yumruqla 30 saniyə ərzində hər üç şəxsi cəzalandırıb.

Təhlükəsizlik kameralarına əks olunan dava məhəllə sakinlərinin müdaxiləsi ilə yekunlaşıb.