Yaponiyada koronavirus üçün yeni sürətli test hazırlandı

12:40 22-06-2020 359

Yaponiyanın aparıcı əczaçılıq şirkətlərindən biri olan “Şionogi” koronavirusun müəyyən edilməsi üçün sadə və sürətli test hazırladığını, ölkənin üç universiteti ilə lisenziya müqaviləsinin bağlandığını rəsmən elan edib.

TASS xəbər verir ki, test avadanlıq və peşəkar həkim cəlb etmədən təxminən 30 dəqiqə ərzində infeksiyanı aşkar etməyə imkan verir.

Ağız suyundan götürülən test indi geniş yayılmış PCR aparatlarından heç də geri qalmır. Yeni metodologiya Nihon, Qumma və Tokio Tibb Universitetinin birgə tədqiqatçı qrupu tərəfindən hazırlanıb.

“Şionogi” ilk növbədə Yaponiyaya xaricdən gələn sərnişinlərin yoxlanılması üçün yeni yüngül sınaqlar təklif etmək niyyətindədir.