Daşkəndin bəzi məhəllələri “qırmızı” zona elan olundu: Giriş-çıxış qadağan edildi

22:40 22-06-2020 358

Özbəkistanda yeni növ koronavirusa yoluxma hallarının artması səbəbindən paytaxt Daşkəndin daxili kvartallarında karantin tədbirləri sərtləşdiriləcək, bəzi küçələrə giriş-çıxış bağlanacaq, yollarda nəzarət məntəqələri qurulacaq və sutka ərzində növbə tutulacaq.

Bu barədə “RİA Novosti”yə yerli hakimiyyət orqanlarından məlumat verilib.

Qeyd olunub ki, ilk dəfə martın 15-də koronavirusa yoluxmanın rast gəlindiyi Özbəkistanda son məlumatlara görə, ümumi 6358 yoluxma halı aşkar edilib, 19 nəfər ölüb, 4377 nəfər isə sağalıb.

Ölkədə yoluxmanın səviyyəsinə görə ərazilər “sarı”, “yaşıl” və “qırmızı” bölgələrə ayrılıb.

Daşkənddəki kvartalların bəziləri “qırmızı” bölgələrə aid olduğundan o ərazilərə giriş-çıxışlar bağlanacaq. Hazırda paytaxt özü “sarı” bölgə olsa da, şəhərin 513 məhəlləsindən (kvartal) 71-i yoluxma vəziyyətinə görə “qırmızı” bölgəyə çevrilib.

Daha əvvəl Özbəkistan prezidenti Şavkat Mirzoyev bildirmişdi ki, ölkədə koronavirusla mübarizə təhlükəli xarakter alır. Bununla əlaqədar karantin müddəti avqustun 1-nə kimi uzadılmışdı.