“Azercell”lilər bir ay ərzində #rəqəmsalgünləri birlikdə qeyd edəcək - VİDEO

23:20 22-06-2020 415

Lider mobil operator yeni brend kimliyinin birinci ildönümü ilə əlaqədar abunəçilərinə yeni rabitə imkanları və bol-bol əyləncələr vəd edir.

Düz bir il öncə Azercell yenilənərək “rəqəmsal dünyanı” abunəçiləri ilə birgə qurmağa başladı. 2019-cu il iyunun 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirildi. 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, “Azercell”in əvvəlki və yeni loqolarının təsvirini yaradaraq izləyicilərə möhtəşəm şou sərgilədi.

Artıq 5 000 000-dan çox abunəçinin seçimi olan “Azercell Telekom” bu bayramını onlarla birlikdə qeyd etməyi planlaşdırır. Beləliklə, bu ay ərzində şirkət abunəçilərini yeni cəlbedici kampaniyalar, faydalı və əyləncəli tətbiqlərə pulsuz abunə, eləcə də “Azercell”in sosial şəbəkə kanalları vasitəsilə keçiriləcək müxtəlif oyunlar, yarışmalar, müsabiqələrdə iştirak edib hədiyyə qazanmaq şansı və qiymətli rəqəmsal hədiyyələr gözləyir.

Ölkənin lider mobil operatoru “Azercell Telekom” ötən il bütün Azərbaycanı yeni bağlantı erasına hazırlamağı vəd edərək yeni brend kimliyini, onun ifadəsində isə yeni fəlsəfəsini cəmiyyətə təqdim etdi. Yeni nəsil rəqəmsal həllər vasitəsilə istifadəçilərinə dünyanın sonsuz imkanlarını əlçatan etməyi vəd edən “Azercell” müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Beləliklə, “Azercell”in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişanı şirkət tarixində yeni eranın başladığının əksinə çevrildi.

Beləcə, öz vədinə sadiq qalaraq cəmiyyətin rəqəmsallaşmasına doğru ən əhəmiyyətli addımlarından biri kimi 2019-cu ilin noyabrında “Azercell”in ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsini istifadəyə verdi. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi “Azercell”i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır.

“Azercell” şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim etdi. Ölkədə ilk dəfə olaraq “Kabinetim” tətbiqi üzərindən rabitə, kommunal və digər məişət ehtiyaclarını ödəyə biləcək “Mobil Ödəmə” xidmətini istifadəyə verdi.

Smartfonlar vasitəsilə rəqəmsal xidmətlərə doğan tələbatdan irəli gələrək “Azercell” ötən ildə əyləncə və səmərəli istifadə üçün geniş çeşiddə rəqəmsal xidmətlərini: “ivi”, “Zvuk, “Azercell Kids”, “Bookmate”, NNTV mobil TV, BluTV və “Busuu” kimi mobil tətbiqlərini abunəçilərinə təqdim etdi.

Sosial layihələrini artıq rəqəmsal ifadəsində cəmiyyətə təqdim edən “Azercell”in beynəlxalq “Bookmate” proqramına 650 illiyi qeyd olunan şair-mütəfəkkir İmadəddin Nəsiminin qəzəllərinin 3 dildə audio kitab formatında yerləşdirilməsi isə şirkətin Azərbaycan mədəniyyətinin təbliği və “2019 Nəsimi ili” layihəsinə böyük töhfəsi oldu.

Uşaqların və uşaq hüquqlarının müdafiəsi istiqamətində fəallığı ilə seçilən “Azercell” onların rəqamsal mühitdə qorunması təşəbbüsü ilə ötən il “Rəqamsal vətəndaşlıq və internet təhlükəsizliyi” mövzusunda ölkənin müxtəlif bölgələrində şagirdlər, valideyinlər və müəllimlər üçün xüsusi çoxsaylı təlimlər təşkil etdi.

“Azercell”in hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyduğu rabitə imkanları cəmiyyətdə yaşanılan daha mürəkkəb və kritik zamanlarda belə əhəmiyyətli sosial qayğı kimi operativ şəkildə köməyə gəldi.

“Azercell” dünyanın qlobal təhlükəsi olan COVİD-19 pandemiyası ilə mübarizə və sosial təcrid şəraitində həm abunəçilərinə, həm də əhalinin ayrı-ayrı təbəqələrinə dəstək göstərdi: karantin şəraitinin ilk günlərindən ölkə xaricində olan vətəndaşlara 50 azn həcmində rabitə dəstəyi; TƏBİB-lə pulsuz əlaqə qurmaq imkanının yaradılması; 65 yaşdan yuxarı vətəndaşlara üçün təmənnasız səyyar müştəri xidmətləri; pandemiya ilə mübarizə aparan həkim və tibb işçilərinə 50 azn həcmində rabitə dəstəyi; “Virtual Məktəb” portalı üzərindən çalışan müəllimlərə mobil internet balansının artırılması; onlayn təhsil alan tələbələrə rabitə dəstəyi; minlərlə aztəminatlı ailəyə ərzaq məhsullarının paylanması; əlavə xidmətlər və mobil tətbiqlər üçün endirimlər və digər növ yardımlar.

“Azercell” bütün zamanlarda öz abunəçilərinə xidmət etməyə hazırdır və hər kəsi rəqəmsal bayramına qoşulmağa çağırır.

“Azercell”in rəqəmsal günlərində hədiyyəsiz qalma!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. 

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s.

“Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.