Evinin yanından qayıqla keçənlərə atəş açdı: Yaralanan var

02:00 23-06-2020 364

Bağ evinin yanından qayıqla hərəkət edən ailəyə karabinlə atəş açdı. Nəticədə qayıqda olan bir qadın yaralandı.

RT-nin məlumatına görə, qorxunc hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.

Hadisə ilə bağlı “qətlə cəhd” maddəsi ilə cinayət işi açılıb.

Yerli mediada iddia edilir ki, şübhəli şəxs Sankt-Peterburqun sabiq deputatı və biznesmen 35 yaşlı İlya Rusinovdur. İstintaq Komitəsi bu barədə rəsmi xəbər verməyib.

Şübhəli saxlanılıb, ifadəsi alınıb. Yaxın vaxtlarda onun həbs olunacağı gözlənilir.