ABŞ-da qaradərilinin boğulması bağlı daha bir insident - VİDEO

03:00 23-06-2020 484

Nyu-Yorkda daha bir polis qaradərili kişini boğmağa cəhd edib.

Lakin digər hüquq mühafizə orqanlarının əməkdaşları hadisəyə vaxtında müdaxilə edə biliblər.

Bu barədə RT kadrlar yayımlayıb.

Məlumata görə, həmin zabit işdən uzaqlaşdırılıb.

Saxlanılan şəxs hazırda xəstəxanadadır. Onun vəkili polisə qarşı cinayət işinin açılacağını bildirib.

Xatırladaq ki, mayın 25-də oxşar hadisə zamanı qaradərili Corc Floyd polisin kobud davranışına görə həyatını itirib.

Bundan sonra, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.