Koronavirus peyvəndinin minimal təsir müddəti açıqlandı

07:00 23-06-2020 346

“Vaksini buster variantda qəbul edən insan ən azı iki il koronavirusa mümkün yoluxmadan qorunacaq”.

“Krasnaya Zvezda”nın məlumatına görə, bu barədə N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq Rusiyada tətbiq olunan minimal təsir müddətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, koronavirusun sünbül zülalını kodlaşdıran gen müxtəlif daşıyıcılara tətbiq olunduğu üçün peyvənd iki dəfə vurulur. Bu, uzunmüddətli immunitet əldə etməyə imkan verir.

Qeyd edək ki, Gintsburq bundan əvvəl Rusiyada koronavirusa qarşı peyvəndin istehsalına payız aylarında başlanılacağını demişdi.

O həmçinin bildirmişdi ki, bundan COVID-19-u ağır keçirən xəstələrin müalicəsində terapevtik preparat kimi də istifadə oluna bilər.