51 yaşlı model cazibədarlığı ilə göz qamaşdırdı – FOTO

07:40 23-06-2020 519

Danimarkalı supermodel Helena Kristensen “Harpers Bazaar” dəb jurnalının ispan versiyasının yeni buraxılışı üçün açıq-saçıq geyimlərdə fotolarını nümayiş etdirib.

Lenta.ru-nun məlumatına görə, o, bununla bağlı şəkilləri özünün “Instagram” hesabında paylaşıb.

Çəkilişlərin müəllifi amerikalı fotoqraf Ouen Quld olub. O, “Vogue”, “Elle”, “Dazed” və “Vanity Fair” kimi jurnallar üçün fotosessiyalar hazırlayır.

Stilist isə Kristensenin yaxın rəfiqəsi və dizayner Kamilla Sterk olub.