Paraplanla uçan turist ağır xəsarət aldı - VİDEO

08:40 23-06-2020 448

Rusiyanın Soçi şəhərində paraplanla uçuş həyata keçirən turist ağır xəsarət alıb.

REN TV xəbər verir ki, aktiv istirahət həvəskarı təlimatçı ilə səmaya qalmasına baxmayaraq, qəzadan xilas ola bilməyib.

Ağır xəsarət alan şəxs reanimasiyaya yerləşdirilib.

Şahidlər bildirir ki, yüyürmə sürətinin aşağı olması və ərazidə güclü küləyin əsməsi turistin ağır xəsarət alması ilə nəticələnib.