Çexiyada daşqın səkkiz can aldı

16:00 23-06-2020 345

Son günlər Çexiyada baş veriən daşqınlar nəticəsində ən azı səkkiz nəfər həyatını itirib.

Bu barədə TASS yerli radionun məlumatına istinadla xəbər yayıb.

Uzun müddət davam edən yağışlar nəticəsində yaranan sel respublikanın şərq bölgəsində yerləşən Moraviyada əsl fəlakətə çevrilib. Əvvəllər fəlakətin ilk qurbanları Petroviçe kəndinin iki sakini olub. Oderin sol qolu olan Osobloq çayı daşıb. İyunun 21-də səkkiz yaşlı məktəbli qız Fridek-Mistek şəhəri yaxınlığında boğularaq ölüb.

Bu gün isə iki həvəskar idmançı Çexiya xəstəxanalarında həyatını itirib. Daşqının ölkənin şərq rayonlarına on milyonlarla avroya qədər maddi ziyan vurduğu bildirilir.