Bütün dünyada şagirdlər üçün pulsuz onlayn tədris yaradılır

00:00 24-06-2020 344

İtaliyanın qaçqın uşaqlarının təhsili və müdafiəsi üzərində çalışan “Still I Rise” şirkəti dünyadakı bütün şagirdlər üçün pulsuz elektron təlim platforması təqdim edir.

“İhlas Haber Ajansı”nın (İHA) məlumatına görə, “Still I Rise”ın təqdim etdiyi elektron platformanın adı “Together”dir. Qaçqın uşaqların təhsili və qorunması sahəsində ixtisaslaşan şirkət koronavirusun yayılması səbəbindən dərsləri dayandırmalı olmuşdu. O, bu dəfə təkcə qaçqın uşaqları üçün deyil, bütün tələbələrə elektron tədris platformasını təqdim edir.

Proqram çərçivəsində 11-17 yaş arası şagirdlərin təhsilə maraqlarını artırmaq hədəflənir.

Hər kəs üçün açıq və pulsuz olan dərs proqramına tələbələrin daha çox xarici dil bilikləri əldə etmələrini dəstəkləyən ingilis dilli tədris proqramı da daxildir.