EYOF-da iştirak edəcək cüdoçularımız bilindi

20:45 18-07-2019 771

İyulun 21-də Bakıda start götürəcək Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 12 cüdoçu təmsil edəcək. 

HerGun.Az xəbər verir ki, həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. 

Avropa Gənclər Olimpiya Festivalında cüdo yarışlarına iyulun 24-də start veriləcək. Üç gün baş tutacaq fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək. Ölkəmiz bu mötəbər yarışda səkkiz oğlan və dörd qız cüdoçu ilə təmsil olunacaq. 

Yeniyetmələrin Avropa Olimpiya Festivalında Azərbaycanın idman şərəfini qoruyacaq cüdoçular: Gülşən Bəşirova (-44 kq), Səbinə Əliyeva (-48 kq), Aytac Qardaşxanlı (-57 kq), Nərmin Əmirli (-70 kq), İsmayıl Qənbərli (-50 kq), Şükran Zamanlı (-55kq), Turan Bayramov (-60kq), Mətin Rzazadə (-66 kq), Vüqar Talıbov (-73 kq), Məhərrəm İmamverdiyev (-81kq), Ruslan Nəsirli (-90kq), Huseyn Məmmədov (+90).

Qeyd edək ki, cüdo yarışları 24-27 iyul tarixlərində Heydər Əliyev Arenasında baş tutacaq. 

Səbuhi Musayev