Şəmkirdə bazar yanır

21:40 25-06-2020 367

Şəmkir rayonunda bazar yanır.

HerGun.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının yaxınlığında yerləşən "Səbət bazarı"nda baş verib.

Hadisə yerinə dərhal ətraf rayonlardan Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və yanğınsöndürən briqadası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının baş vermə səbəbi açıqlanmır. 

İlhamə Əbülfət