Suraxanıda kişi keçmiş arvadını bıçaqladı
01:27 19-06-2019 699
Suraxanı rayonunda kişi keçmiş həyat yoldaşına bıçaqla xəsarət yetirib.
HerGun.Az-ın məlumatına görə, hadisə Hövsan qəsəbəsində baş verib. 29 yaşlı Nəcəfova Əsli Tehran qızı keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə qısqanclıq zəminində baş verib.
Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Döş qəfəsindən yaralanan Ə.Nəcəfova təcili əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu