ABŞ-da inanılmaz hadisə: 28 il həbsdən sonra günahsız olduğu bilindi

01:18 19-07-2019 871

ABŞ-da 28 il həbsdən sonra məsumluğu sübut olunan şəxs azadlığa çıxıb.

“Lenta.ru” xəbər verir ki, Oklohama ştatında 1990-cı ildə qətldə günahlandırılaraq həbs edilmiş Kori Atçinson nəhayət azadlığına qovuşub.

Bildirilib ki, sözügedən şəxsin qətldə iştirakı haqqında sübutlar əldə olunmayıb. O vaxt həbs qərarı isə şahidlərin ifadəsinə görə verilmişdi. Sonradan məlum olub ki, əsas şahid istintaqa yalan məlumat veribmiş.

Həbs edilərkən 20, hazırda isə 48 yaşında olan Atçinson bununla bağlı kimisə günahlandırmaq fikrində olmadığını bildirib.

Övladının doğumuna üç ay qalmış həbsə atılan şəxs hazırda bütün niyyətinin nəvəsi ilə birlikdə vaxt keçirmək olduğunu deyib.