Türkiyəli müğənnidən qan donduran etiraf: “Bir həkimi öldürdüm...” - VİDEO

16:20 26-06-2020 587

Türkiyədə “Çatlak Şanzel” ləqəbli müğənni Şanzel Çetin şoumen Armağan Çağlayanın “YouTube” kanalında yayımlanan proqramın qonağı olub.

HerGun.Az xəbər verir ki, müğənni yaşadıqları ilə bağlı diqqətçəkici məqamları bölüşüb:

“Nənəm səhv əməliyyat ucbatından vəfat etdi. Onu öldürən həkimi qətlə yetirdim. O zaman 17 yaşında idim. Yüz faiz həkim səhvindən olduğunu öyrəndik. 36 il həbs cəzası aldım, 24 ilə endirdilər. O zaman köhnə qanun vardı və cəzanın üçdə biri tətbiq olunurdu. Yeddi il, iki ay, on gün həbsdə oldum”.

Çetin deyib ki, sonradan bu, onda adət halına gəlib:

“Ondan sonra adət halına gəldi, bir neçə dəfə də adam bıçaqladım”

Müğənni bir müddət narkotik vasitələrdən istifadə etdiyini də bildirib.