Dünyada ilk dəfə süni intellektli robot filmdə baş rola çəkiləcək - FOTO

04:00 27-06-2020 352

“Erik” adlandırılan süni intellektə malik robot “B” elmi-fantastik döyüş filmində baş rola çəkilir.

“The Hollywood Reporter” xəbər verir ki, bu, kino aləmində ilk belə faktdır.

Filmin süjetinə əsasən, insan DNT-sini təkmilləşdirən alim “Erik” robotunun laboratoriyadan qaçmasına kömək edir.

Çəkilişlərə 2021-ci ilin yay aylarında başlanılacaq. Ekran əsrinin büdcəsi 70 milyon dollar təşkil edir.

Qeyd edək ki, süni intellektə malik “Erik” robotu yaponiyalı alimlər Xirosi İsiquro və Kohey Oqava tərəfindən yaradılıb.