Türkmənistan öz messencerini yaradacaq

04:20 27-06-2020 426

Türkmənistan hazırda mövcud olan bütün oxşar servislərə alternativ olaraq öz messencerini yaratmağa qərar verib.

REN TV-nin məlumatına görə, bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib.

Dövlət başçısı həmçinin Türkmənistan KİV-ə ölkə iqtisadiyyatının uğurları haqqında məlumatları dünya birliyinə çatdırmaq üçün sosial şəbəkələrdə hesab yaratmağı tapşırıb.

Lakin Türkmənistan KİV nümayəndələrinin məhz hansı sosial şəbəkədə qeydiyyatdan keçməsi məsələsi aydın olmayıb.

Belə ki, Türkmənistanda “Facebook”, “Twitter”, “VKontakte”, həmçinin “WhatsApp” və “Telegram” messencerləri bloklanıb.

Ümumiyyətlə, Türkmənistanda dünyada istifadə olunan bütün messencerlər, həmçinin postsovet məkanında populyar olan şəbəkələr qadağan olunub.