Uşaq evlərindəki həmyaşıdlarının da topu olsun istədi və... - VİDEO

05:40 27-06-2020 417

Sevinc bəxş etmək üçün cəmi bir uşağın gücü və arzusu kifayətdir.

Bunu Rusiyanın Çelyabinsk şəhərində yaşayan 11 yaşlı Savva Yarıgin sübut edib.

“LifeShot”un məlumatına görə, o, uşaq evinin sakinlərini nisbətən xoşbəxt etmək üçün maraqlı üsul tapıb.

Məktəbli oğlan makulatura toplayıb satır, qazandığı pulla futbol topları alır və uşaq evlərinə hədiyyə edir. Artıq bir çox həmyaşıdı da ona qoşulub.

“Futbol oynamağı sevirəm. Uşaq evlərində olanlar isə oynamaq imkanına malik deyillər. Buna görə makulatura toplayıram ki, onların da futbol oynamaq imkanı olsun”, - deyə Savva bildirib.