Şair Səlim Babullaoğlu koronavirusdan sağaldı
17:40 27-06-2020 314
Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirusdan sağalıb.
HerGun.Az xəbər verir ki, o, bununla bağlı “Facebook” hesabında məlumat verib.
Şairin sözlərinə görə, son testlərinin nəticəsi neqativ çıxıb:
“Artıq evdəyəm. Səhhətim normaldır. Bərpa prosesi keçməliyəm. Bütün dostlara, həkimlərə təşəkkür edirəm”.
Qeyd edək ki, koronavirusa yoluxan S.Babullaoğlu iyunun 18-də xəstəxanaya yerləşdirilmişdi.