“Qalatasaray” ulduz futbolçunu daha bir il heyətində saxladı

19:40 27-06-2020 358

“Qalatasaray” Mario Leminanın daha bir illik icarəyə götürülməsi üçün “Saunthempton” komandası ilə razılığa gəlib.

Bu barədə “Hürriyet” yazıb.

Beləliklə də, M.Leminaya alternativ olaraq alınması nəzərdə tutulan Mert Hakan Yandaşın transferindəki uğursuzluqdan sonra klubun üzərində yaranan təzyiq aradan qalxıb.