Azərbaycandan Çinə tələbələr göndəriləcək

03:27 19-07-2019 626

37 azərbaycanlı gənc növbəti ildən Çinin ən yaxşı universitetlərində təhsil alacaqlar.

Bu barədə HerGun.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlıq davam edir.

Bu əməkdaşlığın nəticəsi olaraq 2019-2020-ci tədris ili üzrə 37 nəfər azərbaycanlı gəncə Çin Xalq Respublikasınin nüfuzlu universitetlərində təhsil almaq imkanı yaradılıb.