Saakaşvili Ukraynada dövlətin mövcudluğunu itirdiyini açıqladı: “Bürokratları döymək istəyirəm”

21:40 27-06-2020 337

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın İslahatlar üzrə Milli Şurasının hazırkı rəhbəri Mixail Saakaşvili bildirib ki, Ukraynada dövlət mövcudluğunu itirib, çünki onu məmurlar əvəz edib.

Bu barədə M.Saakaşvili “Ukraina-24” televiziyasının efirində danışıb.

O, bildirib ki, bəzi ukraynalı məmurlar mövcud olmayan dövlətin adından fəaliyyət göstərir və öz məqsədlərini güdürlər.

“Dövlət hər kəs üçündür, hər kəs üçün ədaləti təmin edir və hər kəsi qoruyur. Ukraynada belə şey mövcuddur?”, - deyə M.Saakaşvili bildirib.

O, etiraf edib ki, bəzən hərəkətlərinə görə Ukraynadakı iqtisadi vəziyyəti pisləşdirən bürokratları “silkələmək və döymək” istəyir.