Şəhriyar Məmmədyarov Riqada superturnirin finalına çıxıb - VİDEO

06:45 19-07-2019 1029

Riqada FIDE-nin və “World Chess”in birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsinin yarımfinal oyunları keçirilib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda amerikalı Uesli Sonu məğlub edib və finala vəsiqə qazanıb.

Qeyd edək ki, şahmatçımız səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.