Barmağında dəmir halqa qaldı, FHN-dən kömək istədi

09:18 19-07-2019 922

Barmağında dəmir halqa qalan şəxs Fövqəladə Hallar Nazirliyindən (FHN) kömək istəyib.

Nazirlik xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda bir nəfərin barmağında dəmir halqa sıxılaraq qalıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.