Ceyranbatan su anbarı yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB

14:00 29-06-2020 359

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bununla bağlı FHN-dən məlumat verilib.

13:42

Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın nəzarətə alınıb. 

Bu barədə HerGun.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

O bildirilib ki, ərazidə quru ot və kol-kos yanır:

“Nazirliyin çağrı mərkəzinə yanğınla bağlı müraciət daxil olub. Daxil olan müraciət əsasında əraziyə dərhal FHN-nin müvafiq qüvvələri cəlb olunub. Qısa müddətdə yanğın nəzarətə götürülüb”.

Qeyd edək ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Könül Cəfərli

13:17

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanır.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri aparılır.