EYOF-da Azərbaycanın bayraqdarı müəyyənləşdi

09:54 19-07-2019 1359

Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanın bayraqdarı müəyyənləşib. 

HerGun.Az xəbər verir ki, iyulun 21-də start götürəcək festivalda bayraqdarımız ən ağır çəkili cüdoçumuz Hüseyn Məmmədov (+90 kq) olacaq. 

“Judo Club 2012”nin üzvü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını daşıyacaq.

Qeyd edək ki, EYOF-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.

Səbuhi Musayev