Postlarda nəzarət gücləndirildi - FOTO/VİDEO

09:00 30-06-2020 426

Abşeron rayonunda qurulan postlarda gün ərzində 60 nəfər cərimələnib.

APA xəbər verir ki, Abşeron rayonu ərazisində Dövlət Yol Polisinin dörd postu qurulub.

Bu postlardan keçmək istəyən sürücü və sərnişinlərin icazəsinin olub-olmaması ilə yanaşı, tibbi maskalardan istifadəsinə də diqqət yetirilir. Demək olar ki, postdan keçən sürücü və sərnişinlərin əksəriyyətinin maskadan istifadə etmədiyi müəyyən olunub.

Abşeron rayon DYPŞ-nin baş inspektorunun APA-ya verdiyi məlumata görə, gün ərzində 60 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri əsasında cərimələnib.

Abşeron rayonunda bir həftə ərzində 800 nəfərə (sürücü və sərnişinlər) protokol tərtib edilib.