Pandemiya Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurub? - RƏSMİ

11:20 30-06-2020 571

“Pandemiya dövründə ümumilikdə idxalın həcminin azalması beş faiz ətrafında müşahidə edilir”.

HerGun.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 Onun sözlərinə görə, ixrac əməliyyatında azalma müşahidə edilir:

“Dünya bazarında neftin qiymətində azalmanın olması ixraca da təsir edib. Qeyd edim ki, bizim ixrac etdiyimiz məhsulların dəyəri idxalın dəyərini üstələyir”.

Nazir qeyd edib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurması barədə danışmaq hələ tezdir:

“Hazırda bu proses davam edir. Hesablamalar aparılır”.

İlhamə Əbülfət