Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırıldı

10:18 19-07-2019 1062

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb.

Bu barədə HerGun.Az-a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat daxil olub.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb. Onun imzaladığı sərəncamla İsabayev Qazaxıstan Prezidentinin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstandakı, Pakistandakı və Türkiyədəki səfiri olub.