Meksikada avtobus aşdı: 15 ölü, onlarla yaralı

10:36 19-07-2019 1183

Meksikada ekskursiya avtobusunun yolda aşması nəticəsində 15 nəfər ölüb, 21 nəfər isə xəsarət alıb.

“El Heraldo” xəbər verir ki, 45 sərnişin tutumlu avtobus çimərliyə gedirmiş.

İlkin məlumata görə, sürücü sükan arxasında yatıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların arasında yeniyetmələr də var.

“Proceso” portalı sürücünün həbs xəbərini yayıb. Portalın məlumatına əsasən, avtobus əvvəlcə ağaca çırpılıb, sonra isə aşıb.