Cazibədar qadın siyasətçinin fikirləri kişiləri əsəbləşdirəcək

05:00 01-07-2020 315

Ukraynanın sabiq Nəqliyyat və İnfrastruktur Nazirinin müavini, Ukrayna Milli Kosmik Agentliyi rəhbərinin müşaviri Aleksandra Klitina yeni siyasi partiya yaradacağını bildirib.

Lenta.ru xəbər verir ki, qadın siyasətçi bu barədə “YouTube”da yerləşdirdiyi videomüraciətdə məlumat verib.

O elan edib ki, yeni siyasi partiya “Ukrayna Korrupsiyaya Qarşı” adlanacaq və hədəfi “siyasi fahişələrə qarşı mübarizədir”.

A.Klitina videomüraciətinin davamında rəsmi şəxslərə qarşı daha sərt ifadələr işlətməkdən də çəkinməyib.

“Şalvar geyinən axmaqlar”a ümid bəsləmədiyini söyləyən siyasətçi məhz bu səbəbdən mübarizəyə başladığını qeyd edib.

“Bəli, qadınlar sizdən yüzqat daha ağıllı və dürüstdür”, - deyə A.Klitina əlavə edib.

Qeyd edək ki, 37 yaşlı cazibədar qadın Ukraynada qalmaqallı siyasətçi kimi tanınır. Bir müddət əvvəl Ukrayna Ali Radasının deputatları Aleksandra Klitinanın vəzifə almaq üçün bəzi şəxslərlə eşq macərası yaşadığını müzakirə etmişdilər.