Baş nazirin qərarı ilə yeni fond yaradıldı

13:40 01-07-2020 471

“Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qaydaları” təsdiqlənib.

HerGun.Az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Bu qaydalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun 11-5-ci maddəsinin ikinci hissəsinə əsasən hazırlanıb.

Qərar məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən edir.

Qaydaların məqsədi məhkəmə ekspertləri və digər şəxslər tərəfindən Fonddan istifadə edilməsini təmin etməkdən ibarətdir.

Fondun yaradılması və elmi-metodik materialın həmin Fonda daxil edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

Sənəddə yazılıb ki, Fond informasiya ehtiyatıdır. Fondun formalaşdırılması, idarə olunması, tamlığı və mühafizəsi Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.