Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? - RƏSMİ
16:20 01-07-2020 368
Azərbaycanda tələbələrin bir ali məktəbdən digərinə və ya bir ixtisasdan digərinə köçürülməsi prosesi onlayn həyata keçiriləcək.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, köçürülmə prosesi onlayn olduğu üçün onun təxirə salınması nəzərdə tutulmayıb:
“Bu proses iyul-avqust aylarında baş tutacaq. Köçürülmənin başlanılma müddəti ilə bağlı yaxın vaxtlarda məlumat veriləcək”.
Qeyd edək ki, tələbələrin köçürülməsi ildə iki dəfə - fevral və iyul aylarında həyata keçirilir.