Bu içki bir həftəyə arıqladır

11:18 19-07-2019 636

Dietoloqların qənaətincə, xiyar, kərəviz və ananasdan hazırlanmış şirə bir həftə ərzində arıqlamağa kömək edir.

Bu barədə Rusiya mətbuatı məlumat verir.

Onların sözlərinə görə, bu içki çox yorğun məşqlər etmədən, yaxud ciddi pəhriz saxlamadan artıq çəkilərdən xilas edəcək.

Bununla belə, rasiona dəyişiklik etmək lazım olacaq, lakin qidada ciddi məhdudiyyətlər yoxdur. Sadəcə, sağlam qida qəbul etmək, şirin qidaları meyvələrlə əvəzləmək lazımdır.

Sözügedən şirə orqanizmi zərərli maddələrdən təmizləyir və yağlı çöküntülərdən asanlıqla xilas edir. Onu səhərlər qidadan öncə içmək lazımdır.

Şirəni hazırlamaq üçün xiyar, kərəviz və ananas yuyulmalı, doğranmalı və blenderdə qarışdırılmalıdır. Bununla belə, içkini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.