Bu gün Azərbaycanda 588 nəfər koronavirusa yoluxub, yeddi nəfər ölüb

19:40 01-07-2020 313

Azərbaycanda 588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.