Hacı Rusiyada master-klass keçdi, Rafael “Rossiya”ya müsahibə verdi - VİDEO

11:27 19-07-2019 852

Xəbər verdiyimiz kimi, məşhur idmançılarımız Rafael Ağayev və Hacı Əliyev Rusiya Federasiyası Tuva Respublikasının paytaxtı Kızıldadır.

HerGun.Az-ın xəbərinə görə, üçqat dünya, üçqat Avropa çempionumuz, Olimpiya mükafatçımız Hacı Əliyev bu gün Tuva güləşçilərinə master-klass keçib, onlara bu idman növünün sirlərindən, qazandığı uğurlara gedən yoldan danışıb.

Rusiyanın “Rossiya” telekanalı Rafael Ağayev və Hacı Əliyevdən müsahibə götürüb.

Onlar Tuvanın Gənclər və İdman naziri Subuday Monquşla da görüşüblər.

Xatırladaq ki, bu səfər müstəqil Azərbaycanın ilk karate üzrə çempionlarından olan İlyas Xəlilovun Tuva Prezidenti Şolban Kara-ool ilə dostluğu sayəsində gerçəkləşib. 

Səbuhi Musayev