Tovuzda müəllimi arı sancıb öldürdü

11:36 19-07-2019 822

Tovuzda arı sancması nəticəsində məktəb müəllimi ölüb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Rəhimov Ələsgər Əli oğlunu arı sancıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

Qeyd edək ki, Ə.Rəhimov Tovuz şəhər Mahir Ələkbərov adına orta məktəbin müəllimi olub. 

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev