Səsverməyə ayı balası ilə gəldi – FOTO/VİDEO

04:20 02-07-2020 569

Rusiyanın Barnaul şəhərində zooparkın əməkdaşı səsverməyə ayı balası ilə gəlib.

Bununla bağlı kadrları “RİA Novosti” təqdim edib.

Məlumata görə, zoopark bu qeyri-adi addımı ilə şəhər sakinlərinin diqqətini səsverməyə yönəltmək və onu yaddaqalan etmək istəyib.

Xatırladaq ki, iyulun 1-də Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin final mərhələsi keçirilib.