Qumbara ilə banka hücum etdilər

06:00 02-07-2020 345

Rusiyanın Rostov-Don şəhərində bir nəfər qumbara ilə bank filialına daxil olub.

REN TV-nin xəbərinə görə, o, insanları təhdid etməyə başlayıb, daha sonra bankı qarət edib. Xoşbəxtlikdən, heç kimə xəsarət yetirilməyib.

Bankın mətbuat xidməti artıq hadisənin baş verdiyini təsdiqləyib. Maliyyə qurumundan oğurlanan məbləğ açıqlanmır.

“Hadisəni təsdiqləyirik. Heç kimə xəsarət yetirilməyib. Hazırda bank cinayətkarın axtarışında hüquq-mühafizə orqanlarına lazımi köməyi göstərir”, - deyə, mətbuat xidmətindən bildirilib.