Nişanlısından ayrıldı, intihar etdi

12:18 19-07-2019 679

Binəqədi rayonunda intihar hadisəsi olub.

HerGun.Az-ın məlumatına görə, hadisə iyulun 18-də, gecə saat 01 radələrində qeydə alınıb.

Belə ki, Binəqədi rayonu, X.Hüseynov küçəsində yaşayan 1994-cü il təvəllüdlü Fərhad Eldar oğlu Quliyev evdə dərman içərək intihar edib.

İlkin məlumatlara görə, onun intihar etməsinə səbəb nişanlısından ayrılması olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.

Araşdırma davam edir.

Ramella İbrahimxəlilova