Aeroport şossesində yolu keçən piyadanı avtomobil vurub öldürdü - FOTO

23:20 02-07-2020 387

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza Aeroport şossesində qeydə alınıb.

Şəxsiyyəti hələlik naməlum olan və təxminən 40-45 yaşlı kişi piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyib.

Bu zaman onu “Toyota” markalı minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Əraziyə Xəzər Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşları hadisəni törədən sürücünü saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli