Gürzə evin vanna otağında 35 bala doğdu

02:00 03-07-2020 389

Hindistanın Tamilnad ştatının Koimbatura şəhərinin sakini evinin vanna otağında 35 bala doğan gürzə aşkarlayıb.

Bu barədə “Latest Ly” məlumat yayıb.

Hadisə iyunun 26-da baş verib. Otağa daxil olan hindistanlı orada ilanı görüb. Şoka düşən ev sahibi mütəxəssisləri çağırıb. Mütəxəssislər evə daxil olan ilanın zəncirli (Rassel) gürzə olduğunu müəyyən ediblər.

Gürzə tutuluna qədər 35 bala dünyaya gətirib. Daha sonra ilan balaları ilə birlikdə meşəyə buraxılıb.