Altı yaşlı qız onu qaçıran şəxsin əlindən möcüzəvi şəkildə qurtuldu

05:40 03-07-2020 437

Altı yaşlı qızcığaz onu qaçıran kişinin əlindən möcüzəvi şəkildə qurtulub.

REN TV-nin məlumatına görə, hadisə Moskvada baş verib.

Bildirilir ki, qız anası və qardaşı ilə binaya daxil olub, ancaq liftlə çıxmaq istəməyib və pilləkənlə qalxmaq üçün anasından icazə alıb. Üçüncü mərtəbədə o, bir kişi ilə rastlaşıb. Cani qızcığazın başından vuraraq, onu yaxınlıqdakı meşəyə aparıb.

Meşədə uşaq onu qaçırmış şəxsin əlindən qurtularaq, özünü mərkəzi meydana çatdırıb. Təsadüfən oradan keçən adamlar təcili yardım xidmətinə zəng ediblər.

Həkimlər uşaqda beyin silkələnməsi, həmçinin üz və boyun nahiyələrində əzilmələr müşahidə ediblər.

Uşağa hücum edən kişinin axtarışlarına başlanılıb.