Kubok finalı azarkeşlərin sosial məsafəni pozmasına görə dayandırıldı

06:20 03-07-2020 530

“Olborq” və “Sonneryusk” komandaları arasında keçirilən futbol üzrə Danimarka Kubokunun final qarşılaşması bəzi azarkeşlərin sosial məsafəni pozması səbəbindən dayandırılıb.

Bu barədə TASS məlumat yayıb.

Oyun 30-cu dəqiqədə hakim Yorqen Burhardtın “Olborq” azarkeşlərinin sosial məsafəni qorumadığını görməsindən sonra dayandırılıb.

Fasilə 15 dəqiqə davam edib və bəzi azarkeşlər stadiondan çıxarılıb.

Qarşılaşma “Sonneryusk”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.