Ermənistanda koronavirusdan ölən qadının meyiti itib

16:00 03-07-2020 325

Ermənistanda koronavirusdan ölən qadının meyiti itib.

Bu barədə “Sputnik” xəbər verib.

Bildirilir ki, Məryəm Malhasyan bir neçə gün öncə COVID-19-dan ölüb. Həmin gündən yaşlı qadının meyiti tapılmır. Onun ailəsi epidemiyaya baxmayaraq, bütün meyitxanalara daxil olur və cəsədlərin arasında axtarış aparırlar.

Ailədən bildirildiyinə görə, sanitar meyiti dəyişik salaraq başqalarına verib, onlar da, ehtimal ki, artıq Malhasyanı dəfn ediblər (koronavirusdan ölənlər qapalı tabutda basdırılır).