COVİD-19-a yoluxmuş hamilə qadınlar necə qorunmalıdır? - VİDEO

19:40 03-07-2020 425

Hamiləlik həyəcan və gözləntilərlə dolu xüsusi bir dövrdür.

Lakin koronavirusun alovlanması fonunda qadınların keçirdiyi qorxu, narahatlıq və qeyri-müəyyənlik adətən sevincli anların üzərinə kölgə salır. Həkim-ginekoloqlar tövsiyə edir ki, bu həssas dövrdə ana olmağa hazırlaşan xanımlar özlərini daha yaxşı qorumalıdırlar.

Ginekoloq Yeganə Əliyeva bildirir ki, hamilə xanımlarda istər-istəməz hamiləlik dövründə hormonların dəyişilməsi prosesi gedir. Bir də pandemiyaya görə, xanımlar daha çox həyəcan keçirirlər. Ən önəmlisi qidalanma və yuxu rejimləridir. Virus daşıyıcısı olmayan ananın uşağına süd verməsi riskli deyil. Lakin gigiyenik qaydalara mütləq əməl edilməlidir.

Hamiləlik vaxtı qadın virusa yoluxarsa, onun müayinəsi və müalicəsi xüsusi formada və ya xəstəxana şəraitində davam etdirilməlidir.

Ətraflı videonu təqdim edirik: