“Qalatasaray”ın ulduzu 22 illik karyerasına son qoydu

00:20 04-07-2020 311

“Qalatasaray”ın keçmiş futbolçusu Milan Baroş 38 yaşında futbol karyerasına son qoyduğunu açıqlayıb.

Bu barədə “Spor Arena” yazıb.

Çexiyalı ulduz səhhətinin futboldan uzaqlaşmasına səbəb olduğunu açıqlayıb.

“Uzun müddətdir, zədə problemləri yaşayıram və daha çox davam edə bilməyəcəyim üçün futbolu buraxıram. Bədənim artıq bu səviyyədə idman etməyimə imkan vermir. Məşqlərdə belə çətinlik çəkirəm. Təəssüf ki, 22 illik futbol karyerama zədə səbəbilə nöqtə qoyuram.

Xatırladaq ki, Milan Baroş “Qalatasaray”la yanaşı, “Liverpul”, “Aston Villa” və “Lion” kimi komandaların da şərəfini qoruyub.