Əsgər gedəcəkdi, maşınla adam vurub öldürdü

01:40 04-07-2020 312

Bərdədə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Qafarov Fərid Müşviq oğlu idarə etdiyi "Vaz-2107" markalı avtomobillə yolu keçmək istəyən Elxan adlı kişini vurub. Xəsarət alan piyada hadisə yerində ölüb.

Qeyd edək ki, F.Qafarov bu gün hərbi xidmətə yollanmalı idi.

Faktla bağlı araşdırma aparılır.