Qazaxda nişan mərasimi təşkil edənlər ələ keçdi

16:20 04-07-2020 309

Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən restoranların birində nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub. 

Baku TV xəbər verir ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və qonaqları şöbəyə gətiriblər. 

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvvəllər məhkum olunmuş Tahir Novruzov ilə razılığa gələrək, restoranda nişan mərasimi təşkil edib. 

T.Novruzov bildirib ki, bu kimi halın qanun pozuntusu olmasından xəbərsizdir və əməlindən peşmandır.

15 məclis iştirakçısı inzibati qaydada 200 manat məbləğində cərimə edilib. Restoran sahibi Tahir Novruzov barəsində isə toplanan materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.